weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Buğda və düyü idxalı – ARTIB

Ramin Bəhmən tərəfindən

25 mart 2023 16:26 tarixində paylaşıldı.

3653218

Bu ilin yanvar-fevral aylarında 268,1 min ton buğda idxal edilib.

“AğdamTv” Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən buğdanın dəyəri 82 milyon dollar olub. 2022-ci ilin eyni dövründə məbləği 51,9 milyon dollar olmaqla, 150,6 min ton buğda idxal edilmişdi.

Hesabat dövründə düyü idxalı da artıb. Belə ki, yanvar-fevral aylarında dəyəri 13,9 milyon dollar olan 16 min ton düyü idxal edilib. Ötən ilin müvafiq dövründə 9 milyon dollar dəyərində 10,9 min ton düyü idxal olunmuşdu.

Qarğıdalı idxalında isə azalma olub. Bu müddətdə 5,2 milyon dollarlıq 17,6 min ton qarğıdalı idxal olunub. Ötən ilin eyni dövründə 5,4 milyon dollar dəyərində 18,6 min ton qarğıdalı idxal edilmişdi.

Bu ilin ilk iki ayında 1921 ton çay idxal edilib. Ötən il bu rəqəm 1745 olub. Bu müddətdə meyvə-tərəvəz idxalında azalma qeydə alınıb, dəyəri 46,9 milyon dollar olan 70,8 min ton meyvə-tərəvəz idxal edilib. Ötən il məbləği 48,7 milyon dollar olmaqla, 84,7 min ton meyvə-tərəvəz idxal olunmuşdu. 

Mənbə: Azərtac

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda