Ramin Bəhmən tərəfindən
13 noyabr 2023 15:21 tarixində paylaşıldı.
Cari ilin yanvar-oktyabr aylarında fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsullarının, avtomobillərin, alkoqollu içkilərin və tütün məmulatların satışı istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 126,6 milyon manatı istehlakçılara qaytarılıb.
Ağdam Tv-nin xəbərinə görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Qeyd edək ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir sıra məqamlara diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı – fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Digər məqamlar satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi, satılan malın isə ƏDV-yə cəlb olunmasıdır.
Qəbzin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5 %-i, nağd ödənişlər üzrə 5 %-i müvəkkil bank tərəfindən alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.
AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.