weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

“Qarabağ”ın futbolçusu Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb

Sayad Qoşnalıyeva tərəfindən

01 may 2023 20:16 tarixində paylaşıldı.

IMG_2028

Albaniyanın paytaxtı Tiranada təşkil ediləcək UEFA İnkişaf turnirinə qatılacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti açıqlanıb.

“Qarabağ”ın futbolçusu Amid Qasımov ilkin heyətdən çıxarılıb.

U-17 yarışda bu oyunçularla mübarizə aparacaq: Əhməd Tarverdiyev, Rəşad Alışov, Tuncay Əhmədov, Əkbər Məhərrəmov, Babamirzə Mehdiyev, Anar Hüseynov (hamısı “Sabah”), Həbib Həsənov, Səmid Əhmədov, Ömər Kərimov, Ziya Şəkərxanov (hamısı “Qəbələ”), Vüsal Paşayev, Nadir Orucov, Elnur Cabbarlı (hamısı “Sumqayıt”), Sadiq Məmmədli, Amin Muradov, Röyal Fərzullazadə (hamısı “Neftçi”), Hikmət Cəbrayılzadə (“Qarabağ”), Ayxan Abbaszadə (“Turan Tovuz”), Firudin Kişiyev (EFA), Həsən Nəzərli (“Ankaragücü”, Türkiyə), İslam İsmayılzadə (“Səbail”), Ümid Səlimov (“Şamaxı”).

Eyni zamanda, yığmanın turnirdə keçirəcəyi oyunların təqvimi də bəlli olub.

2 may

13:00. Farer adaları – Azərbaycan

“House of Football” stadionu

4 may

19:00. Albaniya – Azərbaycan

“House of Football” stadionu

7 may

13:00. Azərbaycan – Moldova

“House of Football” stadionu

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda