weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

“Qarabağ” “Top-50-lik”də – Avropa reytinqində

Ramin Bəhmən tərəfindən

12 avqust 2022 12:54 tarixində paylaşıldı.

SmartSelect_20220812-125028_Facebook

Avropa klublarının reytinqi müəyyənləşib.

“Qarabaginfo.com” saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda Azərbaycanın bir təmsilçisi yer alıb.Qitənin 159 komandası arasında “Qarabağ” da var. Aktivində 145,5 xal olan ağdamlılar siyahıda irəliləyərək, ilk “50-liy”ə düşüb. 50-ci pillədə qərarlaşan Qurban Qurbanovun yetirmələrindən bir addım yuxarıdakı komanda İngiltərə nəhəngi “Mançester Yunayted”dir.Reytinqə düşən Türkiyənin 7 klubundan yalnız “Qalatasaray” Azərbaycan çempionundan öndədir. “Cim-bom” 153 xalla 44-cüdür.Siyahıya 291 xalla “Liverpul” başçılıq edir. İngiltərənin digər təmsilçisi “Çelsi” (283 xal) ikinci yerdədir. İspaniya və İngiltərə çempionları “Real”la “Mançester Siti” aktivlərindəki 252 xalla 3-cü pilləni bölüşdürürlər.Qeyd edək ki, 301 komandanın yer aldığı dünya reytinqində “Qarabağ” 78-ci yerdədir.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda