weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

“Məndə heç bir həyəcan yoxdur” – Qurban Qurbanov

Ramin Bəhmən tərəfindən

02 avqust 2022 21:19 tarixində paylaşıldı.

SmartSelect_20220802-184732_Facebook

“Yaxşı komandaya qarşı oynayacağıq. Çox yaxşı, təcrübəli baş məşqçisi olan rəqibdir”.

“Qarabaginfo” xəbər verir ki, bu sözlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində sabah Macarıstanın “Ferentsvaroş” klubu ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.

Rəqibin baş məşqçisi Stanislav Çerçesovu tərifləyən Qurbanov öz komandasına inandığını bildirib: 

“Çerçesov Rusiyada ən öndə gedən simalardan biridir. Həm futbolçu, həm də məşqçi kimi yaxşı karyerası var. Bu komandaya qarşı çox diqqətli olmalıyıq. Yaxşı müdafiə xətləri var. Rəqibi daha yaxından tanımağa çalışdıq. Sabah futbolçularımın üzərinə böyük yük düşəcək. Onların bunu bacaracağına inanıram”.

Baş məşqçi Rusiya mətbuatının sabahkı oyunu daha çox Qurban Qurbanov – Stanislav Çerçesov dueli kimi qələmə verməsinə münasibət bildirib: 

“Bu günlərdə mətbuatdan uzaq olmağa çalışırdım. Çünki ilk günlərdə gördüm  ki, həddən artıq çox fikir bildirilir. Amma buna normal baxıram. Hərtərəfli maraqlı qarşılaşmadır. Məndə heç bir həyəcan, təsir yoxdur. Əksinə, yaxşı komandalara, məşqçilərə qarşı oynamaq mənim üçün maraqlı olur. Təcrübəm, potensialımı daha da artırmaq baxımından. Gələcək işim, düşüncələrim üçün də maraqlı görüş olacaq. Fərqli düşüncələri, oyun üslubu olan məşqçiyə qarşı oynamaq maraqlıdır. Bu, gələcəkdə işimin yaxşılaşmasına səbəb olacaq”

Q.Qurbanov ÇL oyunlarına görə çempionat matçlarının təxirə salınmasının tərəfdarı olmadığını qeyd edib:

“AFFA-dan maraqlandılar ki, təxirə salmaq üçün müraciət etmək fikriniz varmı? Amma biz müraciət etmədik. Digər oyunçularımız var ki, onların da oyun təcrübəsinin yaxşılaşmasını istəyirik. İtkilərimiz var, amma futbol mübarizədir, belə bir oyundur. Çempionlar Liqasının yükü böyükdür, digər turnirlərdən daha çox enerji itirirsən, emosiyalarını saxlaya bilmirsən.

Qurbanov  “Qarabağ”a bu mövsüm düşən ən güclü rəqib “Ferensvaroş”durmu” sualını belə cavablandırıb:

“Bizə hər mərhələdə ən yaxşı rəqib düşür. Bu mərhələyə böyük üstünlüklə gəlib çıxıbsa, hazırda “Ferentsvaroş” daha yaxşı formadadır. Ümumi çempionatları nəzərə ala bilərik. Liqaları bizimkindən üstündür. Amma bizim də təcrübəmiz var. Əlimizə düşən şansdan maksimum yararlanmaq istəyirik. Balanslı komandaya qarşı oynayacağıq. Hər mövqeyində keyfiyyətli futbolçular cəmləşib. Biz də bura kimi gəlmişiksə, deməli, hədəfimiz bir o qədər az deyil”.

Təcrübəli çalışdırıcı bu mövsüm ÇL-dəki oyunlarında ilk dəfə VAR sistemindən istifadə olunacağından da danışıb:

“Bizim üçün bir neçə detal varsa, ondan istifadə etməyə çalışırıq. El epizodlar var ki, bu sistem olmayanda o qədər də diqqət yetirilmir. Amma VAR olduqda gözdən qaçmır. Belə olan halda futbolçular da meydanda daha diqqətli olurlar. İstəməzdim ki, sabah kimsə bunun acısını çəksin. VAR sisteminin olmasına sevinirəm. İnanıram ki, sabah ədalətli qərarlar verəcəklər. Hətta bəzən VAR sisteminə əsasən verilən qərara da etiraz olur. İstəməzdim ki, hansısa epizod saxlanılsın, VAR-da müzakirə olunsun. Lakin bu da futbolda yeniliklərdən biridir”.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda