Amaliya Hacızadə tərəfindən
15 aprel 2023 22:44 tarixində paylaşıldı.
“Çox xoşbəxtik.
Qazandığımız medalları azərbaycanlı həmkarlarımıza ərmağan edirik”.
“AğdamTv” xəbər verir ki, bunları İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda qızıl medal qazanan türkiyəli atlet Cansu Bektaş deyib.
“Onlara (azərbaycanlı həmkarlarıma-red) salam olsun.
Sizi çox sevirik, hər zaman yanınızdayıq”, – Avropa çempionatının qızıl medalçısı deyib.
Qeyd edək ki, Cansu Bektaş 45 kq-da fəxri kürsüyə qalxıb.
O, birdən qaldırmada 72 kiloqramın öhdəsindən gələrək qızıl medala sahib olub.
İdmançı azərbaycanlı həmkarlarını dəstəklədiyini bildirib.
AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.