weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

“Ferentsvaroş”un əslən azərbaycanlı prezidenti Bakıya gəlib

Ramin Bəhmən tərəfindən

02 avqust 2022 22:24 tarixində paylaşıldı.

c6f4046f-5809-3de1-a54e-23680e62461d_850

Macarıstanın “Ferentsvaroş” klubunun əslən azərbaycanlı prezidenti Qabor Kubatov Bakıya gəlib.

Budapeşt təmsilçisinə yaxın mənbədən “Qarabaginfo”ya verilən məlumata görə, o, şəxsi təyyarəsi ilə yenicə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Funksioner Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununu izləmək üçün Azərbaycan paytaxtına təşrif buyurub.

Kubatovun Azərbaycanla bağlılığına da toxunan mənbə bildirib ki, Macarıstan parlamentinin deputatı vikipediyada naxçıvanlı kimi göstərilsə də, onun anası əslən Quba yəhudilərindədir: “Onların təqribən 100 il öncə Macarıstana köçdükləri barədə məlumatlar var”.

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ferentsvaroş” matçı saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda