weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

“Bu il kubok qazanmalıyıq”

Sayad Qoşnalıyeva tərəfindən

22 aprel 2023 22:46 tarixində paylaşıldı.

IMG_1876

“Bütün futbolçuları bərpa edib bu oyuna hazırlamaq çətin idi. Düşünürəm ki, bu gün yaxşı uğrunda mübarizə apardıq. İlk hissədə yaxşı oyun nümayiş etdirdik. İkinci hissədə çalışdıq, amma rəqib qapısı qarşısında böyük şanslar yarada bilmədik”.

“Ağdam tv” xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 31-ci turunda bu gün “Səbail”lə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Regekampf “Neftçi”nin hazırkı durumu haqda da danışıb: “Ümid edirəm ki, kubokun finalına çıxarıq. Əlbəttə ki, çempionatda futbolçularımdan daha yaxşı oyun gözləyirəm. Çempionatın sonuna yaxın bütün oyunları təhlil edəcəyik. Ondan sonra bu haqda danışa bilərik”. 

Baş məşqçi titul qazanmaq ambisiyalarının olduğunu bildirib: “Əlbəttə ki, ambisiyalarım var. Oyunçularıma da demişəm ki, bu il kubok qazanmalıyıq. Çünki, hər birimizin CV-sində titullar qalacaq”.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda