weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Avropa çempionu: “Hər kəs məndən qızıl medal gözləyirdi”

Sayad Qoşnalıyeva tərəfindən

21 aprel 2023 16:30 tarixində paylaşıldı.

IMG_1828

“Hər kəs məndən qızıl medal gözləyirdi. Şükürlər olsun ki, etimadı doğrulda bildim”.

“Ağdam tv”-in məlumatına görə, bunu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

57 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı yarışa çox yaxşı hazırlaşdıqlarını bildirib:

“Keçən il Avropa çempionatında gümüş medal qazanmışdım. Bu dəfə onu qızıla çevirdim. Özümə çox güvənirdim”.

O, qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib:

“Komandamız ardıcıl 2-ci dəfə qitənin ən güclüsü oldu”.

Rzazadə italiyalı Simeone Piroddu ilə yarımfinal görüşündə hesabda geri düşməsinin səbəbini də açıqlayıb:

“Tuş”la qalib gəlmək istəyirdim. Amma vəziyyətə nəzarəti itirdim. Sonradan məşqçilərin səyi ilə özümü toparladım. Lazım olan xalları aldıqdan sonra daha çox müdafiəyə fikir verdim. Nəticədə qələbə qazandım”.

Finalda türkiyəli Süleyman Atlıya asanlıqla qalib gələn Rzazadə Avropa çempionatından öncə rəqibi yaxşı analiz etdiyini vurğulayıb: “Onun zəif və üstün tərəflərini bilirdim. Düzgün taktika ilə Atlını məğlub etdim”.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda