weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Həftəsonu 29° isti olacaq

Sayad Qoşnalıyeva tərəfindən

28 aprel 2023 16:40 tarixində paylaşıldı.

IMG_1977

Aprelin 28-30-da Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. 

“Ağdam tv ” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 28-də saat 15:00-18:00 radələrində hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi 9-14 m/s, arabir 16 m/s təşkil edəcək. Havanın temperaturu 20-24° isti olacaq.

Saat 18:00-21:00 radələrində hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi 8-13 m/s təşkil edəcək. Havanın temperaturu 17-20° isti olacaq.

Aprelin 29-da saat 09:00-12:00 radələrində hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Saat 09:00-10:00 radələrində zəif duman olacaq, cənub-şərq küləyi 7-12 m/s təşkil edəcək. Havanın temperaturu 17-20° isti olacaq.

Saat 12:00-15:00 radələrində hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi 7-12 m/s təşkil edəcək. Havanın temperaturu 21-26° isti olacaq.

Saat 15:00-18:00 radələrində hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi 7-12 m/s təşkil edəcək. Havanın temperaturu 22-27° isti olacaq.

Saat 18:00-21:00 radələrində hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi 6-11 m/s təşkil edəcək. Havanın temperaturu 18-22° isti olacaq.

Aprelin 30-da saat 09:00-12:00 radələrində hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi 7-12 m/s təşkil edəcək.
Havanın temperaturu 19-24° isti olacaq.

Saat 12:00-15:00 radələrində hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi 5-10 m/s təşkil edəcək. Havanın temperaturu 25-29° isti olacaq.

Saat 15:00-18:00 radələrində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, saat 18:00 radələrində arabir tutulacağı gözlənilir. Cənub-şərq küləyi 7-12 m/s, saat 18:00 radələrində şimal-qərb küləyi 8-13 m/s, arabir 15 m/s təşkil edəcək. Havanın temperaturu 28°-dək isti, saat 18:00 radələrində 23°-yə yaxın olacaq.

Saat 18:00-21:00 radələrində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, saat 20:00-21:00 radələrində buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi 9-14 m/s, arabir 16-18 m/s-dək güclənəcək. Havanın temperaturu 17-20° isti olacaq.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda