weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Gəncəyə güclü yağışdan sonra sel gəldi, Daşkəsənə dolu düşdü – FOTO

Səadət Quliyeva tərəfindən

23 may 2023 20:29 tarixində paylaşıldı.

IMG_2019

Gəncəyə güclü yağışdan sonra sel gəlib.

APA-nın məlumatına görə, bu gün axşam saatlarında güclü küləkdən sonra şəhərdə intensiv yağış yağıb.

Nəticədə sel gəlib, avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Daşkəsən rayonu ərazisinə isə saat 18:00-dan başlayaraq güclü dolu, qasırğa ilə müşayiət olunan leysan yağıb.

Dolu və leysan yağışları rayon mərkəzində elektrik xətlərinə və dirəklərinə, dam örtüklərinə, küçələrarası istinad divarlarına, kəndlərdə körpülərə, meyvə ağaclarına, kənd təsərrüfatı sahələrinə zərər vurub, sel-suları palçıq kütlələrini və qaya daşlarını avtomobil yollarına tökərək nəqliyyatın hərəkətinə çətinliklər yaranıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası yerli idarə, müəssisə və xidmət sahələri ilə birgə daxili imkanlar hesabına bərpa işlərini davam etdirir.

Hazırda yağıntılı hava şəraiti davam edir.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda