Amaliya Hacızadə tərəfindən
01 may 2023 23:02 tarixində paylaşıldı.
Suraxanı Rayon Polis İdarəsinin (RPİ) təhqiqat şöbəsinə yeni rəis təyin edilib.
“AğdamTv”-nin əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Elşad Şahbazov Suraxanı RPİ-nin təhqiqat şöbəsinə rəis təyin olunub.
O, bundan əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsinin rəis müavini vəzifəsində çalışıb.
AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.