weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Şəmkirdə həyat yoldaşını qətlə yetirən şəxs 11 il azadlıqdan məhrum edilib

Ramin Bəhmən tərəfindən

03 may 2023 19:34 tarixində paylaşıldı.

a2b44975-1152-3cc0-b620-6699737d8131_850

Ötən il dekabrın 7-də Şəmkir rayonun Könüllü kəndində, 1989-cu il təvəllüdlü Aynurə Elman qızı Orucovanı qətlə yetirən şəxs 11 il azadlıqdan məhrum edilib.

“Ağdamtv” “Report”a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Şəmkir rayonu, Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Aynurə Elman qızı Orucovanın qətlində təqsirləndirilən onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Mahiyyəddin Nidayət oğlu Atakişiyevə höküm oxunub.

Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunan M.Atakişiyev 11 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cütlüyün 3 övladı var və ailə M.Atakişiyevin ata evində yaşayıb. Hadisə də həmin evdə baş verib. Həbs olunan M.Atakişiyev ailə daxili mübahisə zəminində A.Orucovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda