weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

“Memar Əcəmi” stansiyasında sərnişin qatar yoluna düşdü

Ramin Bəhmən tərəfindən

25 mart 2023 23:46 tarixində paylaşıldı.

metro

Bu gün kişi sərnişin Bakı metropoliteninin “Memar Əcəmi” stansiyasının yoluna düşüb.

“AğdamTv” xəbər verir ki, stansiyaya daxil olan qatarın maşinisti dərhal reaksiya verərək, qatarı saxlayıb. Lakin stansiya yolunda olan sərnişinin ayağı zədələnib.

Məlumata görə, dərhal aidiyyəti üzrə tədbirlər görülüb, sərnişin qaydalara müvafiq olaraq stansiya yolundan çıxarılıb. İlkin yardım göstərilib, təcili tibbi yardım çağırılıb. Aidiyyəti üzrə araşdırma aparılır və digər tədbirlər görülür.

Nəticədə, Yaşıl xətt üzrə intervaldan əlavə 10 dəqiqə yubanma yaranıb.

Mənbə: APA

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda