Ağdam TV tərəfindən
17 mart 2023 22:01 tarixində paylaşıldı.
“Qarabağ”ın on futbolçusunun “Qalatasaray”a qarşı keçiriləcək xeyriyyə oyununu buraxacağı dəqiqləşib.
“AğdamTv” xəbər verir ki, bunlar Luka Quqeşaşvili, Marko Veşoviç, Marko Yankoviç, Bəhlul Mustafazadə, Toral Bayramov, Elvin Cəfərquliyev, Riçard Almeyda, Filip Ozobiç, Ramil Şeydayev və Musa Qurbanlıdır.
Luka Gürcüstan millisinə, Marko Veşoviç və Marko Yankoviç Monteneqro yığmasına Avro-2024-ün seçmə mərhələ matçları üçün dəvət alıblar. Digər oyunçular isə Azərbaycan millisinə çağırılıblar.
Qeyd edək ki, martın 26-sı Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq. Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş verən güclü zəlzələdən zərər çəkənlərə göndəriləcək.
AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.