weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

UEFA “Qarabağ”ın məğlubiyyətinə belə şərh verdi

Amaliya Hacızadə tərəfindən

10 noyabr 2023 16:20 tarixində paylaşıldı.

MyCollages__87_

UEFA-nın rəsmi saytı Avropa Liqasının H qrupunun 4-cü turunda “Qarabağ” və “Bayer” klubları arasında Bakıda keçirilmiş oyunu (0:1) haqda yazıb.

Ağdam Tv xəbər verir ki, qurum Ağdam təmsilçisinin məğlubiyyətini zədəli futbolçularla əlaqələndirib: ““Bayer” bütün turnirlərdə ardıcıl 11-ci qələbəsini qazandı. Amma bu dəfə, iki həftə əvvəlki matçda olduğu kimi füsunkar üslubda deyildi. Bu dəfə Almaniya çempionatının lideri yalnız sonda, üstəlik, Marko Vesoviç və Andrey Lunev də daxil olmaqla, “Qarabağ”ın bir neçə əsas oyunçusunun zədələnməsindən sonra əldə edə bildi.

Əsas vaxta əlavə edilmiş dördüncü dəqiqədə “Bayer”in bombardiri Viktor Bonifase Maksim Medvedevin əllə oyunundan sonra təyin edilən penaltini dəqiq yerinə yetirdi. Beləliklə, Leverkuzen klubu pley-offa vəsiqəni təmin etdi”.

Bu görüşə qədər “Qarabağ” öz meydanında keçirdiyi son 13 avrokubok matçında uduzmamışdı (7 qələbə, 6 heç-heçə).

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda