weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

UEFA Avropa Liqası: “Qarabağ” səfərdə Almaniya klubuna böyük hesabla uduzub

Ramin Bəhmən tərəfindən

27 oktyabr 2023 1:43 tarixində paylaşıldı.

497bba61-d4d7-3449-a0d2-66a8b67eb3e1_850

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

“AğdamTv”nin məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv III turda Almaniyada “Bayer 04” klubunun qonağı olub.

“Bay Arena”dakı qarşılaşma Leverkuzen təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 5-ci dəqiqədə Florian Virts, 29 və 54-cü dəqiqələrdə Alexandro Qrimaldo, 35-ci dəqiqədə Viktor Bonifeys, 57-ci dəqiqədə Edmond Tapsoba vurub. 16-cı dəqiqədə Azərbaycan çempionunun heyətində Toral Bayramov penaltidən fərqlənib.

Qrupun digər görüşündə “Molde” İsveçin “Hakken” kollektivini eyni hesabla üstələyib.

Beləliklə, “Bayer 04” xallarının sayını 9-a çatdırmaqla H qrupunda vahid lider olub. “Qarabağ” 6 xalla ikinci, “Molde” 3 xalla üçüncü sıradadır. Sonuncu yerdəki “Hakken”in isə xalı yoxdur. Azərbaycan təmsilçisi noyabrın 9-da IV turda Bakıda “Bayer 04″ü qəbul edəcək.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda