weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Premyer Liqa: “Sabah” səfərdə “Neftçi”ni məğlub edib

Ramin Bəhmən tərəfindən

29 oktyabr 2023 20:47 tarixində paylaşıldı.

SmartSelect_20231029_204531_YouTube

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.

“AğdamTv”nin məlumatına görə, günün ikinci matçında “Neftçi” “Sabah”ı qəbul edib.

“Neftçi Arena”dakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib.

90+4-cü dəqiqədə meydan sahiblərinin heyətində Yuri Matias ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bir dəqiqə sonra “Sabah”dan Boyan Letiç qələbə qolunun müəllifi olub.

Bu nəticədən sonra “ağ-qaralar” 15 xalla beşinci pillədə qalıb. “Bayquşlar” isə 13 xalla səkkizincidir.

Qeyd edək ki, günün ilk görüşündə “Sumqayıt” “Qəbələ” ilə qolsuz heç-heçəyə razılaşıb. XI tura sabah “Araz-Naxçıvan” – “Qarabağ” oyunu ilə yekun vurulacaq. Əvvəlki qarşılaşmalarda “Turan Tovuz” “Kəpəz”i 4 cavabsız qolla üstələyib. “Zirə” – “Səbail” matçında isə qalib müəyyənləşməyib – 2:2.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda