weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

“Mançester Siti”nin futbolçusu Qvardiolanı təhqir edib

Ramin Bəhmən tərəfindən

18 may 2023 20:59 tarixində paylaşıldı.

e2bc72df-6fa9-382b-a660-eee090d98370_850

İngiltərənin “Mançester Siti” komandasının futbolçusu Kevin De Brüyne baş məşqçi Xosep Qvardiolanı təhqir edib.

“Ağdamtv”nin məlumatına görə, belçikalı yarımmüdafiəçi evdə İspaniya “Real Madrid”inə 4:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu zamanı ispaniyalı mütəxəssisə kobud cavab qaytarıb.

32 yaşlı oyunçu ona topla çox oynamamağı tapşıran çalışdırıcıya “Kəs səsini” deyə cavab verib. De Brüynenin bu sözləri kameraya düşüb.

Qeyd edək ki, “Mançester Siti” “Real Madrid”i darmadağın edərək finalda İtaliya “İnter”inə rəqib olub.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda