weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

İsveçli futbolçu: “Azərbaycan millisinə qarşı ən yaxşı oyunumuzu keçirmədik”

Ramin Bəhmən tərəfindən

09 aprel 2023 12:37 tarixində paylaşıldı.

63b26223-c163-3bc0-8320-bf47a85cfd6f_850

“Azərbaycan millisinə qarşı heç də ən yaxşı oyunumuzu keçirmədik”.

“AğdamTv”nin məlumatına görə, bunu İsveç yığmasının futbolçusu Mattias Svanberq AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisini 5:0 hesabı ilə məğlub etdikləri ev matçı barədə danışarkən deyib.

24 yaşlı yarımmüdafiəçi hədəflərinin final mərhələsinə yüksəlmək olduğunu bildirib: “Əlbəttə ki, yeganə məqsəd final mərhələsində iştirak etməkdir. Seçmə mərhələnin startında güclü Belçika ilə qarşılaşdıq. Rəqib daha yaxşı idi və nəticədə 0:3 hesabı ilə uduzduq. Azərbaycan millisi ilə görüşdə isə 5:0 hesablı qələbəyə layiq idik. Amma bilirik ki, bundan da yaxşı çıxış edə bilərik və gələcəyə pozitiv baxırıq”.

Qeyd edək ki, İsveç yığması F qrupunda növbəti oyununu iyunun 20-də səfərdə Avstriya seçməsinə qarşı keçirəcək. Azərbaycan millisi isə iyunun 17-də Estoniyanı qəbul edəcək.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda