Amaliya Hacızadə tərəfindən
30 aprel 2023 23:07 tarixində paylaşıldı.
İngiltərə Premyer Liqasının 34-cü turunda 7 qolla yadda qalan matçda “Liverpul” öz meydanında “Tottenhem”dən üstün olub.
“Report” xəbər verir ki, “Enfild”də keçən oyunu Pol Tirninin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Mersisaydlılar oyunun ilk 5 dəqiqəsində 2 dəfə rəqibi məyus ediblər.
Belə ki, Trent Aleksander-Arnoldun ötürməsi ilə ilk qolu Körtis Cons vurub, iki dəqiqə sonra isə meydan sahiblərinin üstünlüyünü Luis Dias artırıb.
15-ci dəqiqədə Yurgen Kloppun yetirmələri hesabı tamamilə sarsıdıcı hala gətiriblər. Məhəmməd Salah penaltidən fərqlənib.
Görüşün birinci yarısının bitməsinə 5 dəqiqə qalmış “Tottenhem” Harri Keynin səyi nəticəsində oyunda intriqanı dirçəldib – 3:1.
Matçın 77-ci dəqiqəsində Son Hın Min “mahmızlar”ın ikinci qoluna imza atır.
Matçın əsas vaxtına əlavə edilən dəqiqələrdə “Tottenhem”in hücumçusu Rişarlison hesabı bərabərləşdirib.
Lakin 60 saniyədən sonra onun komandası yenə 4-cü dəfə məyus olub.
Dioqo Jota “qırmızılar”a üç xal qazandırıb.
Oyun 4:3 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
Almaniyalı mütəxəssisin yetirmələri bu qələbə ilə turnir cədvəlində “Tottenhem” və “Aston Villa”nı geridə qoyaraq 5-ci pilləyə yüksəliblər.
Londonlular isə bir pillə geriləyərək 6-cı pilləyə düşüblər.
Onların aktivində 54 xal var.
AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.