weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Məktəbəqədər təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqə başlayır

Ramin Bəhmən tərəfindən

01 avqust 2022 20:04 tarixində paylaşıldı.

SmartSelect_20220801-193518_Samsung Internet

2022-2023-cü tədris ili üçün keçiriləcək məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 2 avqust tarixindən start veriləcək.

“Qarabaginfo” xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı və müsahibə mərhələlərini əhatə edəcək.

Bildiririk ki, müsabiqənin test imtahanı mərhələsində hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim edilir. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulmuşdur. Bu mərhələdə hər sual üzrə 1 bal olmaqla, ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qeyd edək ki, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. 1 səhv cavablandırılmış sual – 0,25 bal şəklində hesablanacaq.

Nəzərinizə çatdırırıq ki, müsahibə mərhələsinin nəticələri də ümumi bala təsir göstərəcək. Belə ki, ümumilikdə müsabiqənin hər iki – test və müsahibə mərhələlərinin yekun nəticələrinə uyğun olaraq namizədlərin vakansiyalara yerləşdirilməsi il ərzində mərhələli şəkildə həyata keçiriləcək.

Müsabiqənin müsahibə mərhələsi haqqında yaxın günlərdə ətraflı məlumat paylaşılacaq.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda