weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

AMEA-nın fəaliyyəti ilə bağlı – Açıqlama

Ramin Bəhmən tərəfindən

28 iyul 2022 20:00 tarixində paylaşıldı.

cesaret

“Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra elmi müəssisə və təşkilatları yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Bu proses AMEA-nın ləğv olunması deyil, əksinə elm və təhsilin inteqrasiyasında, yeni mərhələnin başlanğıcı deməkdir”.

“Qarabaginfo.com” xəbər verir ki, bunu əhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. O bildirib ki, AMEA bundan sonra da fəaliyyətini davam etdirəcək: 

“Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Elm və Təhsil Nazirliyi yaradılıb. Elm və Təhsil Nazirliyinə elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər həvalə edilib. Nazirliyin yanında 2 yeni agentlik yaradılıb və Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra elmi müəssisə və təşkilatları yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Bu proses AMEA-nın ləğv olunması deyil, əksinə elm və təhsilin inteqrasiyasında, yeni mərhələnin başlanğıcı deməkdir. AMEA bir sıra humanitar yönümlü elmi müəssisələri ilə öz fəaliyyətini yeni inkişaf prioritetləri ilə davam etdirəcək”.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda