weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Ukraynada müharibə başlayandan sonra nikahların sayında rekord artım qeydə alınıb

Ramin Bəhmən tərəfindən

29 iyul 2022 13:48 tarixində paylaşıldı.

3e527437-649d-4cf9-9169-7ecb990d68ce_850

Fevralın 24-də Rusiya hərbi müdaxiləsi başlayandan sonra Ukraynada vətəndaş nikahlarının sayında rekord artım qeydə alınıb.

“Qarabaginfo.com” xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 5 ayda ölkədə 9 120 cütlük ailə həyatı qurub. Bu rəqəm ötən ilin eyni dövründə bağlanan nikahların sayından 8 dəfə çoxdur.

Bu artımı müharibənin yaratdığı stresi aradan qaldırmaq niyyəti ilə izah edən nazirlik mütəxəssis psixoloqlara əsaslanaraq sabahının qeyri-müəyyən olduğu və “dünənki qayğısız günlərin geridə qaldığı” bir mühitdə cütlüklərin toy planı qurmaqdansa, tez bir zamanda nikah bağlamağı seçdiklərini qeyd edib.

Artımın digər səbəbi bürokratiyanın sürətlənməsidir. Bildirilib ki, müharibə dövründə toya bir aylıq gözləmə müddətinin ləğv edilməsi də artımda rol oynayıb. Virtual nikah hərbi qulluqçular və bəzi digər iş sahələrində olanlar üçün də mövcuddur.

Ukrayna Ədliyyə Nazirliyi Rusiyanın irimiqyaslı hücumundan sonra ölkədə boşanmaların sayı ilə bağlı heç bir məlumat açıqlamayıb.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda