weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrində yeni evlərin inşasına başlanıldı

Ramin Bəhmən tərəfindən

23 mart 2023 23:19 tarixində paylaşıldı.

1679598927704

Türkiyənin cənub-şərqində fevral ayında dağıdıcı zəlzələlərdən zərər çəkmiş bölgələrdə ilk evlərin təməli qoyulub.

“AğdamTv” xəbər verir ki, Kahramanmaraş vilayətində keçirilən mərasimdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

“50 mindən çox insanın həyatına son qoyan zəlzələlər ən böyük faciələrdən biri kimi yaddaşımızda qalacaq. Təkcə Kahramanmaraş da 12 min 307 nəfər həlak olub. Ümid edirəm ki, birlikdə bu ciddi sınaqdan daha güclü çıxacağıq”, – Ərdoğan bildirib.

O qeyd edib ki, “dünyada belə bir böyük fəlakətdən 45 gün sonra yeni evlərin tikintisinə başlayacaq ikinci ölkə yoxdur”.

Türkiyə lideri bildirib ki, ilkin mərhələdə Kahramanmaraşda 18 mindən çox evin inşası planlaşdırılır.

Mənbə: Anadolu

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda