weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Türkiyənin “TCG Anadolu” desant gəmisi istifadəyə verilib

Ramin Bəhmən tərəfindən

10 aprel 2023 17:56 tarixində paylaşıldı.

cfd9c0ff-9683-3220-956f-7f77caf07c14_850

“Bayraktar TB3” pilotsuz təyyarələrinin ən son versiyaları ilə təchiz edilən “TCG Anadolu” desant gəmisi Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) istifadəsinə verilib.

“AğdamTv” “Anadolu” agentliyinə istinadən bildirir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

“Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) flaqmanı olan “TCG Anadolu” desant gəmisi Türkiyənin qürur mənbəyidir”, – R.T.Ərdoğan bildirib.

O qeyd edib ki, “TCG Anadolu” dünyada zərbə PUA-larının yerləşdirilməsi üçün nəzərdə tutulmuş ilk hərbi gəmidir.

“Desant gəmisi dünyanın istənilən yerində hərbi və humanitar əməliyyatlarda istifadə oluna biləcək bütün imkanlara malikdir. “TCG Anadolu” gəmisi sayəsində Türkiyə texnologiyalar, sistemlər və yerlərdə vəziyyəti dəyişən həllər sahəsində dünya liderlərindən birinə çevriləcək”, – Türkiyə Prezidenti deyib.

O xatırladıb ki, bu layihənin icrasına 2016-cı ildən başlanılıb. Gəmi 2019-cu ilin mayında suya buraxılıb və 2022-ci ilin iyun ayından etibarən onun sınaqları həyata keçirilib.

R.T.Ərdoğan qeyd edib ki, uzunluğu 231 metr, eni 32 metr olan gəmi şəxsi heyəti bölgənin istənilən nöqtəsinə sürətlə çatdırmağa imkan verəcək.

“Gəmi 13 tank, 27 amfibiya zirehli transportyoru və 6 zirehli transportyor olmaqla ümumilikdə 94 texnika daşımaq üçün nəzərdə tutulub. Göyərtəyə 10 helikopter və 11 hücum PUA-sı yerləşə bilər. Gəminin təyyarə anqarı daha 19 helikopter və 30 pilotsuz uçuş aparatı üçün nəzərdə tutulub. Gəmiyə həmçinin 4 qayıq yerləşdirmək mümkündür”, – Prezident bildirib. O əlavə edib ki, gəmidə 2 əməliyyat otağı olan xəstəxana da fəaliyyət göstərir.

R.T.Ərdoğan yerli müdafiə sənayesinin inkişaf etdirilməsinin heç də asan başa gəlmədiyini qeyd edib: “Son onilliklər ərzində Türkiyədə həyata keçirilən müdafiə layihələrinin sayı 62-dən 750-yə, hərbi sənaye kompleksində fəaliyyət göstərən şirkətlərin sayı isə 2700-ə çatıb”.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda