weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Türkiyədə seçkilərdə hakim partiyadan olan namizəd deputatların siyahısı dəyişib

Ramin Bəhmən tərəfindən

09 aprel 2023 22:37 tarixində paylaşıldı.

b03fccd3-1d6b-3229-8b0c-1516fa4ff256_850

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mayın 14-də keçiriləcək parlament seçkilərindəki namizədlərinin 70%-i dəyişib.

“AğdamTv” NTV-yə istinadən xəbər verir ki, bu gün AKP Mərkəzi Seçki Komissiyasına yenilənmiş siyahını təqdim edib.

Belə ki, üç dəfədən artıq seçilmə məhdudiyyəti tətbiq olunub. Hazırkı siyahıda mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, eləcə də səhiyyə naziri Fahrettin Koca yoxdur. Ən gənc namizəd 18 yaşlı Nisa Alptekin, ən yaşlı namizəd isə 73 yaşlı Şamil Ayrımdır.

Qeyd edək ki, mayın 14-də keçiriləcək seçkilərdə iştirak edən Türkiyənin əsas partiyaları bu gün namizəd siyahılarını Mərkəzi Seçki Komissiyasına təqdim ediblər.

Türkiyədə gələn ay prezident seçkiləri parlament seçkiləri ilə birlikdə keçiriləcək. Birinci turda qalib gəlmək üçün dövlət başçısı postuna namizəd 50%-dən çox səs toplamalıdır.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda