weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Pakistanın keçmiş xarici işlər naziri də həbs edildi

Səadət Quliyeva tərəfindən

11 may 2023 12:16 tarixində paylaşıldı.

IMG_0698

Pakistanın keçmiş xarici işlər naziri və müxalifətdəki Ədalət Uğrunda Hərəkat Partiyasının sədr müavini Şah Mehmud Qureşi həbs edilib. O, ölkədə ardıcıl üçüncü gündür davam edən etirazları qızışdırmaqda və təşkilatçılıqda ittiham olunur.

Bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, o, İslamabaddakı Gilgit-Baltistan regional ofisində saxlanılıb.

Qeyd edək ki, çərşənbə günü yerli mediada Qureşinin ictimai asayişin qorunması haqqında qanunu pozduğuna görə 15 sutka həbs edildiyi barədə xəbərlər yayılmışdı. Lakin həmin gün axşam saatlarında siyasətçi “Twitter” səhifəsində həbs olunma faktını təkzib edərək, ölkə hakimiyyətinin partiyanın və tərəfdarlarının müqavimətini qırmaq üçün xaos, çaxnaşma və terror yaratmaq məqsədi ilə həyata keçirdiyi dezinformasiya kampaniyası barədə xəbərdarlıq edib.

Yeri gəlmişkən bildirək ki, dünən Ədalət Uğrunda Hərəkat Partiyasının baş katibi Əsəd Umar və partiyanın yüksək rütbəli xadimi Favad Çoudri də saxlanılıb. 

Qeyd edək ki, mayın 9-da Pakistanın keçmiş baş naziri və müxalifətdəki Ədalət Uğrunda Hərəkat Partiyasının sədri İmran Xan saxlanılıb. O, səkkiz gün müddətinə həbs edilib.

İmran Xan saxlanılandan bəri ölkədə etiraz aksiyalarıdavam edir. Bununla əlaqədar olaraq Daxili İşlər Nazirliyinin tələbi ilə Pəncab əyalətində hərbi qüvvələr yerləşdirilib, həmçinin ölkə daxilində mobil internet xidmətləri dayandırılıb, məktəblər və yollar bağlanıb. Son məlumatlara görə, aksiyalarla əlaqədar 1000-ə yaxın adam həbs edilib.

Mənbə: TASS

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda