weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Niderland da dövlət qulluqçularına TikTok-u qadağan edir

Ramin Bəhmən tərəfindən

21 mart 2023 21:48 tarixində paylaşıldı.

tiktokk

Niderland tezliklə dövlət işçilərinə iş üçün istifadə olunan mobil telefonlara TikTok proqramını yükləməyi qadağan edəcək. 

“AğdamTv” xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi yanında rəqəmsallaşma üzrə dövlət katibi Aleksandra van Huffelen parlamentin aşağı palatasına ünvanladığı məktubda qeyd edib.

Bildirilir ki, ilkin mərhələdə dövlət qulluqçularının bu proqramdan könüllü imtina etməsi təşviq ediləcək, daha sonra isə ölkə rəhbərliyi məcburi qaydalar tətbiq etməyə başlayacaq.

Xatırladaq ki, bir müddət əvvəl Belçika və Böyük britaniyada dövlət işçilərinə TikTok sosial şəbəkəsindən istifadə qadağan edilib. Belçika Kibertəhlükəsizlik Mərkəzinin xəbərdarlığına görə, TikTok istifadəçilərdən məlumatlar toplayır. Bununla yanaşı, bir çox digər ölkələrdə də TikTok-la bağlı oxşar qadağalar tətbiq edilib. 

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda