weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Stoltenberq: “NATO Ukraynaya 120 milyard dollarlıq yardım göstərib”

Ramin Bəhmən tərəfindən

21 mart 2023 22:15 tarixində paylaşıldı.

62bc52244457762bc522444578165650896462bc52244457562bc522444576

NATO müttəfiqləri 2022-ci ildə Ukraynaya 120 milyard dollar dəyərində hərbi, humanitar və maliyyə yardımı göstərərək görünməmiş dəstək veriblər.

Bunu Alyansın baş katibi Yens Stoltenberq 2022-ci il üzrə İllik Hesabatını təqdim edərkən bildirib.

O, bəyan edib ki, müharibə əslində 2014-cü ildə Rusiyanın Krımı qeyri-qanuni ilhaq edib Ukraynanın şərqinə daxil olması ilə başlayıb və İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük təhlükəsizlik böhranına səbəb olub.

“Bu, təkcə Ukraynanın azad və müstəqil ölkə kimi mövcudluğuna deyil, bütün mövcud qaydalara əsaslanan beynəlxalq nizama birbaşa təhlükədir. Putin qalib gəlməməlidir. Əgər o qalib gəlsə, bu, aqressiyanın işlədiyini və güc tətbiq etməklə öz istədiyinə nail olmanın mümkünlüyünü sübut edəcək. Belə hal isə həm öz təhlükəsizliyimiz, həm də qlobal təhlükəsizlik üçün təhdid yaradacaq”, – deyə Stoltenberq bəyan edib.

Mənbə: nato.int

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda