weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Çexiya Nazirlər Kabineti 250-yə yaxın PDM alınmasını təsdiqləyib

Amaliya Hacızadə tərəfindən

24 may 2023 22:58 tarixində paylaşıldı.

97fcb304-2b3c-3db6-9250-e13f402443bd_850

Çexiya hökuməti çərşənbə günü ölkənin Silahlı Qüvvələri üçün İsveç istehsalı olan 246 ədəd “CV90” markalı piyadaların döyüş maşınının (PDM) alınmasını təsdiqləyib.

“AğdamTv” xəbər verir ki, bu barədə CTK agentliyi məlumat yayıb.

Birbaşa dövlət sifarişi şəklində həyata keçiriləcək müqavilənin dəyəri 59,7 milyard kron (təxminən 2,6 milyard avro) təşkil edəcək.

Agentliyin məlumatına görə, bu, Çexiya ordusunun tarixində ən bahalı müqavilədir və dövlət üçün ən əhəmiyyətli maliyyə xərclərindən biridir.

Çexiya KİV-inin daha əvvəl xəbər verdiyi kimi, İsveçdən PDM alınması ilə bağlı danışıqlara başlamaq qərarı Çexiya hökuməti tərəfindən 2022-ci ilin iyulunda verilib.

Müqavilə hökumətlərarası sazişin bağlanması yolu ilə həyata keçiriləcək.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda