weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Budapeşt Putini həbs etməyəcəyini açıqlayıb

Ramin Bəhmən tərəfindən

23 mart 2023 20:32 tarixində paylaşıldı.

putin-2

Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə verdiyi orderə baxmayaraq, onu öz ərazisində həbs etməyəcək.

“AğdamTv” xəbər verir ki, bunu Macarıstanın Nazirlər Kabineti aparatının rəhbəri Gergel Qulyaş brifinq zamanı deyib.

Onun sözlərinə görə, beynəlxalq order Budapeşt üçün məcburi deyil.

O, Macarıstan tərəfindən Roma Əsasnaməsinin imzalanmasına və ratifikasiyasına baxmayaraq, bu sənədin Macarıstanın hüquq sisteminə daxil edilmədiyini və həbsin ölkə konstitusiyasına zidd olacağını qeyd edib.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda