weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Britaniya astronomları tarixdə ən böyük kosmik partlayışı aşkar etdilər: Qara dəlik səbəb olub? – FOTO

Səadət Quliyeva tərəfindən

13 may 2023 9:55 tarixində paylaşıldı.

IMG_0893

Britaniya astronomları müşahidələr tarixində ən böyük kosmik partlayışı aşkar ediblər.

Bu partlayış üç ildən artıqdır ki, davam edir.

Bu barədə “The Guardian” nəşri “Kral Astronomiya Cəmiyyətinin aylıq qeydləri” (“Monthly Notices of the Royal Astronomical”) jurnalında dərc edilmiş araşdırmaya istinadən məlumat verib.

Alimlər qeyd edirlər ki, AT2021lwx adı verilən partlayış supermassiv qara dəliyin nəhəng qaz buludunu udması nəticəsində baş vermiş ola bilər.

“Bizim hesablamalarımıza görə, bu alov topu Günəş sistemindən yüz dəfə böyükdür və günəşdən iki trilyon dəfə daha parlaqdır. Üç il ərzində partlayış zamanı Günəşin ömrünün on milyard ilində buraxacağı enerjidən yüz dəfə çox enerji ayrılıb”, – deyə nəşr İngiltərədəki Sauthempton Universitetinin tədqiqat işləri üzrə rəhbəri Filip Uayzmenin sözlərindən sitat gətirib.

Alim bildirib ki, partlayış əvvəlcə astronomların diqqətini cəlb etməyib, lakin onun parlaqlığı artdıqca əlavə müşahidələrin aparılmasına qərar verilib. Xüsusilə partlayışa qədər olan məsafəni təyin etmək mümkün olub ki, bu, səkkiz milyard işıq ili təşkil edib. Bundan sonra hadisənin miqyası bəlli olub.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda