weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Blinken BƏƏ XİN rəhbəri ilə ikitərəfli münasibətləri müzakirə edib

Ramin Bəhmən tərəfindən

09 aprel 2023 23:03 tarixində paylaşıldı.

antony_blinken_160321

ABŞ dövlət katibi Entoni Blinken və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.

“AğdamTv” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin açıqlamasında bildirilir.

“Dövlət katibi və Şeyx Abdullah ikitərəfli və beynəlxalq mövzuları müzakirə ediblər…

Dövlət katibi Blinken dini bayramlarda regionda sülhə çağırışı edib, israillilərlə fələstinlilər arasında gərginliyin azaldılmasının vacibliyini vurğulayıb”, – deyə açıqlamada deyilir.

Bildirilir ki, “ABŞ regional təhlükəsizlik, sabitlik və rifahı necə inkişaf etdirməklə bağlı tərəfdaşları ilə yaxından məsləhətləşməyə davam edəcək”.

Qeyd edək ki, telefon danışığı ötən gün baş tutub, lakin bu barədə mətbuata açıqlama bu gün verilib.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda