weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Fəxriyyə xanım Xələfova Ağdam rayonunda səfərdə olmuşdur

Ramin Bəhmən tərəfindən

12 avqust 2022 13:22 tarixində paylaşıldı.

FB_IMG_1660294912288

10 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Fəxriyyə xanım Xələfova Ağdam rayonunda səfərdə olmuşdur.

“Qarabaginfo.com” xəbər verir ki, rayona səfəri zamanı Fəxriyyə xanım Xələfova XVIII əsrə aid olan Şahbulaq qalasında Xurşidbanu Natəvan filminin ilk çəkilişində Natəvan roluna çəkilmişdir. Fəxriyyə xanım Azərbaycan qadının bədii zövqünün formalaşmasında, parlaq istedada və qabaqcıl ideyalara malik olan Xurşidbanu Natəvan obrazını uğurla canlandırmışdır.


11.08.2022-ci il tarixdə Fəxriyyə Xələfova, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla birlikdə Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində olmuş, Ağdam Şahbulaq qalasının 1980-ci ilə aid eskiz layihəsini Ağdam Rayon Heydər Əliyev Mərkəzinə hədiyyə etmişdir.Qalanın eskiz layihəsinin müzakirəsi zamanı Fəxriyə xanım Qarabağ müsəlman arxitekturasına aid olan kümbəzin işğal dövründə erməni vandalları tərəfindən silinərək özlərinə məxsus formaya salındığını bildirmişdir.


Eyni zamanda Fəxriyyə Xələfova qeyd etmişdir ki, çox yaxın vaxtlarda Cənab Prezidentin tapşırığına əsasən Şahbulaq qalası təmir olunaraq əvvəlki formasına qaytarılacaqdır.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda