Ramin Bəhmən tərəfindən
12 noyabr 2023 18:17 tarixində paylaşıldı.
Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan, Ukrayna və Moldovanın eyni vaxtda Avropa İttifaqına üzv olmasını təklif edib.
Ağdam Tv xəbər verir ki, o, bu barədə Fransanın LCI telekanalına müsahibəsində bildirib.
O, jurnalistin Ukraynanın 2030-cu ildə, Gürcüstanın isə daha sonra Aİ-yə üzv ola biləcəyi ilə bağlı sualına “Xeyr, düşünürəm ki, bu, eyni zamanda baş verəcək” deyə cavab verib.
“Bu, 2030, 2031 və ya 2029-cu ildə baş verəcəyini deyə bilmərəm, necə deyərlər, növbəti üzvlər təxminən eyni vaxtda qoşulacaq”, – Zurabişvili əlavə edib.
AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.