Ramin Bəhmən tərəfindən
13 noyabr 2023 19:25 tarixində paylaşıldı.
Fransa Ukraynaya öz arsenalından silah tədarükünü dayandıracaq.
Ağdam Tv xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastien Lekornu yerli telekanala açıqlamasında bildirib.
Parlamentinin hesabatına istinadən edən nazir qeyd edib ki, Fransanın Ukraynaya hərbi yardımlarının həcmi artıq 3 milyard avroya çatıb.
O əlavə edib ki, Fransa büdcəsindən 200 milyon avro Kiyevi dəstəkləmək üçün yaradılmış fond üçün ayrılıb və Ukrayna buradakı vəsaitdən yalnız fransalı istehsalçılardan silah almaq üçün istifadə edə bilər.
Nazirin sözlərinə görə, Paris Kiyevə HHM sistemlərinin, PUA əleyhinə sistemlərin, quru qüvvələri üçün artilleriya və nəqliyyat vasitələrinin tədarükünə fokuslanıb.
Nazir qeyd edib ki, Kiyevə 30-u Fransa, 19-u Danimarkadan 49 özüyeriyən artilleriya vasitəsi və haubitsa təhvil verilib.
AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.