weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Almaniya NATO-nun şərq cinahını gücləndirməyə yardım edəcək

Amaliya Hacızadə tərəfindən

24 may 2023 22:54 tarixində paylaşıldı.

67d8b069-d29c-3aeb-bb80-9d2d23dfcdb8_850

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Rumıniyada rəsmi səfərdədir və Buxarestdə rumıniyalı həmkarı Klaus İohannis ilə görüşüb.

“AğdamTv” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Westfälische Nachrichten” qəzeti yazıb.

Nəşrin məlumatına görə, prezidentlərin görüşü zamanı Ştaynmayer Ukraynada münaqişənin davam etməsi fonunda Berlinin NATO-nun şərq cinahının gücləndirilməsinə kömək etməyə hazır olduğunu qeyd edib.

“Biz o cümlədən onu da bilirik ki, şərq cinahı gücləndirilməlidir, özü də bilavasitə hərbi iştirakla gücləndirilməlidir”, – o deyib.

Almaniya Prezidenti qeyd edib ki, onlar artıq Şimali Atlantika alyansının şərq sərhədinin monitorinqində iştirak edir.

Frank-Valter Ştaynmayer  həmçinin əlavə edib ki, Berlin blokun sərhədlərinin müdafiəsində məsuliyyətdən yayınmaq fikrində deyil.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda