weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Aİ Rusiyanı vəziyyəti daha da gərginləşdirməməyə çağırıb

Sayad Qoşnalıyeva tərəfindən

04 may 2023 21:01 tarixində paylaşıldı.

IMG_2095

Avropa İttifaqı Rusiyanı Ukraynadakı vəziyyəti daha da gərginləşdirməməyə çağırıb.

Bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhülkəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bu gün Brüsseldə Aİ-nin inkişafı məsələlərinin müzakirəsi üçün nazirlərin görüşündə bildirib.

Borrell deyibb ki, Rusiyanın hücumları dayandırması və Ukraynanı tərk etməsi üçün Aİ Kiyevi silahla təmin edir və dəstəkləyir.

Onun sözlərinə görə, Rusiya hökuməti dünən pilotsuz uçuş aparatının (PUA) Kremlə baş vermiş hücumundan Ukraynadakı münaqişəni daha da gərginləşdirmək üçün istifadə etməməlidir.

“Biz Rusiya Federasiyasını bu qondarma hücumdan münaqişənin daha da gərginləşməsi üçün arqument kimi istifadə etməməyə çağırırıq. Biz həmin hücumun Ukraynaya qarşı daha Rusiya tərəfdən çox qoşun toplanmasına və yeni hücumlara səbəb ola biləcəyindən narahatıq”, – deyə Borrell əlavə edib.

Borrell həmçinin əlavə edib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin “Ukrayna Rusiya ərazisinə hücum etmir, öz torpaqlarını müdafiə edir” sözlərinə inanır.

Xatırladaq ki, dünən Rusiya Prezidentinin Kremldəki iqamətgahına zərbələr endirmək üçün iki PUA-dan istifadə edilməsi barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, PUA-lar zərərsizləşdirilib, Vladimir Putin xəsarət almayıb və hər zaman olduğu kimi işini davam etdirir.

Kreml bu hücumu əvvəldən planlaşdırılan terror aktı və ölkə liderinə qarşı sui-qəsd kimi qiymətləndirib.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda