weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Ağdamda qazilərlə görüş keçirilib

Ramin Bəhmən tərəfindən

12 avqust 2022 14:38 tarixində paylaşıldı.

FB_IMG_1660299671624

11 avqust 2022-ci il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun bir qrup qazi ilə görüşü baş tutub.

“Qarabaginfo.com” xəbər verir ki, görüşdə RİH başçısı Vaqif Həsənov qazilərimizi salamlayaraq cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. Vaqif Həsənov şanlı tarix yazan igidlərimizin qəhrəmanlığından, Silahlı Qüvvələrimizin rəşadətindən danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb. Görüşdə qazilərimizin səhhəti və qayğıları ilə maraqlanan RİH başçısı onların daim diqqətdə saxlanıldıqlarını qeyd edib.

RİH başçısı Ağdam rayonunun Xıdırlı kəndindən məcburi köçkün, hazırda Bakı şəhəri, Yasamal rayonunda məskunlaşan I Qarabağ müharibəsinin II qrup əlili Rzayev Tahir Yelmar oğlunun 20 iyul 2022-ci il tarixdə yanmış evinin təcili təmir olunmasını Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə razılaşdırmışdır. Həmçinin RİH başçısı növbəti aydan etibarən hər ayın ikinci həftəsinin ikinci günü Ağdam Rayon İcra Hakimiyyətində “Qazilər Günü” olacağını bildirib. Görüşün sonunda qazilər şəhid ailələri və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişlər.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda