weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Ağdamda növbəti dəfə şəhid ailələri ilə görüş keçirilib

Ramin Bəhmən tərəfindən

19 avqust 2022 21:40 tarixində paylaşıldı.

FB_IMG_1660930397765

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Vətən müharibəsi şəhidinin ailə üzvləri ilə görüşüb.

“Qarabaginfo.com” xəbər verir ki, 19 avqust 2022-ci il tarixində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov əslən İmişli rayonundan olan, Vətən müharibəsi şəhidi, kapitan Həsənov Əsəd Fərhad oğlunun ailə üzvləri ilə görüşüb.

Görüşdə RİH-nin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq qazilərin və şəhid ailələrinin etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmişdir. Görüş zamanı şəhidin ailə üzvləri Əsəd Həsənovun şəhid olduğu Kolqışlaq kəndi ərazisində onun adının əbədləşdirilməsi üçün xatirə lövhəsi qoyulmasını RİH başçısından xahiş etdilər.

RİH başçısı Vaqif Həsənov Əsəd Həsənovun və onunla bərabər şəhadətə yüksələn Mönsümzadə Orxan Səfiyar oğlunun, Hüseynov İlqar Yaşar oğlunun və Ağakişiyev Nurlan Etibar oğlunun da şəhid olduğu Kolqışlaq kəndi ərazisində xatirələrinin əbədləşdirilməsi üçün xatirə lövhəsinin qoyulması və həmin əraziyə gediş-gəlişi təmin etmək üçün yol çəkilməsi ilə bağlı müvafiq tapşırıq verdi.

Görüşün sonunda şəhidin ailə üzvləri şəhid ailələri və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda