weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Su hövzələrindən 685 metr uzunluğunda sintetik tor götürülüb

Ramin Bəhmən tərəfindən

09 aprel 2023 13:31 tarixində paylaşıldı.

FotoJet – 2023-04-09T110956.220

“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” şüarı ilə start verilən aksiya çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Şəmkir və Mingəçevir su anbarlarından sintetik torların yığışdırılması həyata keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, aksiya zamanı sözügedən su hövzələrindən 685 metr uzunluğunda 10 ədəd sintetik tor götürülüb.

“Vətəndaşlarımızı “Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyasında daha fəal iştirak etməyə, su hövzələrində rast gəldikləri sintetik torlar barədə Nazirliyin rəsmi sosial şəbəkə hesablarına və teleqram qrupuna dəqiq koordinatları göstərilməklə məlumat verməyə və balıq ehtiyatlarının mühafizəsinə dəstək olmağa çağırırıq”, – məlumatda deyilir.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda