weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Son sutkada Azərbaycanda 59 nəfər koronavirusa yoluxub

Ramin Bəhmən tərəfindən

09 aprel 2023 18:43 tarixində paylaşıldı.

57c43b42-461e-3d73-bf19-a83f062164fc_850

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 59 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 52 nəfər isə sağalıb. Son sutka ərzində koronavirusdandan ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 830 360 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 819 660 nəfər müalicə olunaraq sağalıb, hazırda 503 aktiv xəstə var. Bu günə qədər 10 197 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 920 test icra olunub.

Son sutkada koronavirus (COVID-19) əleyhinə 115 vaksin vurulub. Eyni zamanda gün ərzində birinci doza vaksinlərin sayı 72, ikinci doza vaksinlərin sayı 13 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 26-dır. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 4 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 957 429 olub.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda