weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Bu ictimai birlik deputat Fazil Mustafa ilə bağlı bəyanat yaydı

Ramin Bəhmən tərəfindən

29 mart 2023 23:10 tarixində paylaşıldı.

e6594b8a6ee010297fc153ef1a080adc

“Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyi deputat Fazil Mustafanın terror hücumuna məruz qalması ilə bağlı bəyanat yayıb.

“AğdamTv” bəyanatı olduğu kimi yayımlayır:

Bu gün Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa evinin qarşısında terrora məruz qalıb. Bəli, bu terrordur. Azərbaycan dövlətinin rəsmi şəxsinə, millət vəkilinə yönələn bu sui-qəsd cinayəti terrorizmdir.
Bu terroru törədənlərin bir məqsədi var: Azərbaycandakı stabilliyi pozmaq, xaos yaratmaq. Ancaq onlar yanılırlar. Azərbaycan güclü hüquq sisteminə, güclü ideoloji xəttə və güclü təhlükəsizliyə malik bir dövlətdir. Bu terroru törədənlər unutmasın ki, Azərbaycan xalqı hər zaman terrora qarşı olub, terroru pisləyib və lənətləyib.
Hörmətli Fazil müəllimə qarşı törədilən bu terroru şiddətlə qınayırıq və inanırıq ki, tezliklə bunu edən öz cəzasını alacaqdır .
Fazil müəllimə keçmiş olsun deyir, tezliklə ayağa qalxmasını diləyirik.

Emin Tarverdiyev
“Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin sədri

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda