weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Rayonlar üzrə itkin düşmüş azərbaycanlıların basdırıldığı məzar yerlərinə aid xəritələr tərtib edilib

Ramin Bəhmən tərəfindən

10 aprel 2023 17:43 tarixində paylaşıldı.

11048ec3-3cca-334e-bc69-8c427e789592_850

Azərbaycanın rayonları üzrə itkin düşmüş azərbaycanlıların basdırıldığı məzar yerlərinə aid xəritələr tərtib edilib.

Bunu “Report”a müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib edib ki, Dövlət Komissiyası tərəfindən toplanmış məlumatlar əsasında rayonlar üzrə məzar yerlərinə aid xəritələr tərtib edilİb: “Plana uyğun olaraq həmin məzar yerlərində qazıntı və ekshumasiya işləri aparılacaq”.

Xatırladaq ki, E.Səmədov “Report”a müsahibəsində qeyd edib ki, Dövlət Komissiyasında olan məlumatlara əsasən, vaxtilə işğalda olmuş Füzuli rayonunun Yuxarı Seyidəhmədli, Aşağı Seyidəhmədli, Məlikcanlı, Yuxarı Veysəlli kəndləri, Cəbrayıl rayonunun Dərzili, Çaytumas kəndi istiqamətində, Kəlbəcər rayonunun Bağırlı, Yanşaq, Qamışlıq, Ağdaban kəndi yaxınlığında, “Buzluq” dağı adlanan ərazidə, “Murovdağ” yüksəkliyində, Kəlbəcər şəhəri ərazisində, Suqovuşan kəndində, Ağdam rayonunun Sarıcalı, Qaraqaşlı, Güllücə kəndləri, Qubadlı rayonunun Göyyal kəndi, Şuşa şəhərindəki qəbiristanlıqda, Xocavənd rayonunun Edilli kəndi və hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xankəndi şəhəri, Xocalı və Xocavənd rayonlarının, həmçinin keçmiş Ağdərə rayonunun ərazisində məzar yerləri mövcuddur.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda