weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Fuad Hüseynəliyev: “Ümid edirəm ki, ermənilər öz səhvlərini tez anlayacaqlar”

Amaliya Hacızadə tərəfindən

11 aprel 2023 22:30 tarixində paylaşıldı.

IMG_20230411_222109_307

“Ümid edirəm ki, ermənilər öz səhvlərini tez anlayacaqlar.

Son təxribatçı addımlarının nə qədər yanlış olduğunu başa düşəcəklər”.

“AğdamTv” xəbər verir ki, bu sözləri  İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının efirində sərhəddə yaşanan son erməni təxribatını şərh edərkən bildirib.

“Biz artıq bir neçə dəfə qeyd etmişik ki, Avropa İttifaqı missiyasının Ermənistan – Azərbayan sərhəddinə cəlb edilməsi İrəvanın belə təxribatları üçün bəhanə ola bilər.

Bir daha əmin olduq ki, Azərbaycan qədər heç kim bu bölgədə sülh üçün çalışmır. Xarici qüvvələrin regiona cəlb edilməsinə baxmayaraq, bu Ermənistanın danışıqlar prosesində konstruktiv mövqe tutmasına heç də müsbət təsir göstərmir”, – Fuad Hüseynəliyev qeyd edib.

Agentlik rəhbəri vurğulayıb ki, sülh olmadan Ermənistanın inkişafı mümkün deyil.

Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində 4 erməni hərbçisi məhv edilib, 6 nəfər yaralanıb.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda