weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

BDYPİ-nin şöbə rəisi: “Sürət həddinin endirilməsi ölüm hallarını azaldacaq”

Amaliya Hacızadə tərəfindən

11 aprel 2023 0:18 tarixində paylaşıldı.

IMG-20230411-WA0000

Sürət həddi istəkdən irəli gələrək deyil, tələbatdan irəli gələrək təyin edilir. 

Avropanın bir çox ölkələrində sürət həddinin 30 km/saata endirilməsi İsveçdə yaradılmış “Vision Zero” proqramından (sıfır ölüm) irəli gəlir.

AğdamTv xəbər verir ki, bu fikirləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olan Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev son dövrdə qəzaların artmasının səbəblərindən danışarkən deyib.

O bildirib ki, aparılan testlər nəticəsində müəyyən edilib ki, 30 km/saatla hərəkət edən nəqliyyat vasitəsi piyadaya dəysə, piyadanın sağ qalma ehtimal 95%-dən yüksəkdir.

Eləcə də 50 km/saatla hərəkət edən nəqliyyat vasitəsində təhlükəsizlik kəmərindən istifadə edən sərnişinlərin yol ayrıclarında yandan vurma zamanı sağ qalmaq şansı 95%-dən çoxdur.

Eyni zamanda 70 km/saat sürətlə hərəkət edən iki nəqliyyat vasitəsi qarşı-qarşıya toqquşarsa, sərnişin və sürücünün təhlükəsizlik kəmərindən istifadə etdiyi halda sağ qalmaq şansı 95 faizdir”. 

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda