weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Azərbaycanda son gündə COVID-19-a yoluxanların və peyvənd olunanların sayı açıqlanıb

Ramin Bəhmən tərəfindən

07 aprel 2023 21:16 tarixində paylaşıldı.

9f44ea60-ea60-350d-8673-d4bb8301dc90_850

Azərbaycanda son gündə COVID-19-a yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, son gün ərzində koronavirus infeksiyasına 95 yeni yoluxma qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.Məlumata görə, xəstəlikdən ölən olmayıb.

Ölkədə indiyədək ümumilikdə 830 230 nəfər koronavirusa yoluxub. Onlardan 819 533 nəfər müalicə olunaraq sağalıb, 10 196 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 501 nəfərdir.

Son gün ərzində 795, hazırkı dövrədək isə 7 566 492 test aparılıb.

Eyni zamanda ölkədə son sutka ərzində 159 nəfər vaksinasiya olunub. Belə ki, gün ərzində birinci doza vaksinlərin sayı 109, ikinci doza vaksinlərin sayı 17 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 25-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 8 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 957 138 olub.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda