weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Ağdamda Vətən müharibəsi şəhidinin ailəsi ilə görüş keçirilib

Ramin Bəhmən tərəfindən

15 may 2023 22:37 tarixində paylaşıldı.

FB_IMG_1684831028281

15 may tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Ağdam Qadınlar Şurasının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının binasında 44 günlük Vətən müharibəsinin qəhrəman igid oğlu, şəhid Sərvan Mehman oğlu Göyüşovun valideynləri ilə görüş keçirilib.

“AğdamTv” xəbər verir ki, görüşdə Quzanlı qəsəbə sakinləri, gənc ailələr, YAP Ağdam rayon təşkilatının əməkdaşı – Toğrul Zeynalov, Qadınlar Şurasının sədr müavini – Tünzalə Vəliməmmədova, Rayon İcra Hakimiyyətinin Şəhid və Qazi ailələri ilə iş şöbəsinin müdiri – Samir Məmmədov, Quzanlı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi və ekspert şurasının üzvü – Eldəniz Abdullayev, Quzanlı qəsəbə tam orta məktəbin psixoloqu, ekspert şurasının üzvü – Mədinə Nəsibova, 1 saylı uşaq bağçanın direktoru – Səidə Həsənova və gənclər iştirak ediblər.

Görüş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra şəhid atası, Qarabağ müharibəsi veteranı Mehman Göyüşov özünün döyüş yolundan, şəhid olan qardaşı və oğlunun döyüş xatirələrini iştirakçılarla bölüşüb.

Sonda iştirakçılar şəhid- Sərvan Göyüşovun ev muzeyində xatirə şəkilləri çəkdiriblər, mərkəz tərəfindən muzeyə hədiyyə verilib. Daha sonra həmin qəsəbədə yaşayan çoxuşaqlı ailə ilə görüş keçirilərək, Beynəlxalq Ailə Günü münasibətilə onlar təbrik edilərək, uşaqlara hədiyyələr təqdim edilib.

Görüşdə 59 nəfər iştirak edib.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda