weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Ağdam Dövlət Dram Teatrında “Şuşadan gələn səs” adlı tamaşa nümaiş olunub

Səadət Quliyeva tərəfindən

06 may 2023 21:22 tarixində paylaşıldı.

PHOTO-2023-05-06-21-11-22

Müəllifi yazıçı Nadir Qədimli, quruluşçu rejissoru Kərim Həsənli olan səhnə əsəri ağdamlı tamaşaçılar tərəfindən böyük maraqla izlənib.

“Agdam tv” xəbər verir ki, tamaşada baş verən hadisələr ümumilikdə Qarabağ müharibəsini əhatə edir. Belə ki, Ağdam rayonun Abdal kəndindən olan Hüseynovlar ailəsindən bəhs edilir. Qarabağ müharibəsinin ilk illərində üç oğlunu döyüşlərə yollayan ata və ana onlardan birini Vətən yolunda itirir. Torpaqların işğalından sonra ağır və keçməkeşli həyat yaşayan ailənin digər övladı Yaşar Hüseynov böyüyərək hərb peşəsini seçir və 44 günlük müharibədə XTQ mənsubu kimi döyüşlərə qatılır. Ailəsinə şəhid qardaşı Füzuli Hüseynovun və digər şəhidlərin qisasını alacağına and içən döyüşçü tamaşada olduğu kimi Azərbaycan bayrağını uzun illər sonra ilk dəfə Şuşada dalğalandırır.

Yazıçı Nadir Qədimli əsərin ərsiyəyə gəlməsi ilə bağlı öz təhsüratlarını danışıb:

“Şuşadan gələn səs” əsərini qələmə almaqda məqsədim münaqişənin yol açdığı faciələri, Azərbaycan xalqının – ailələrinin başına gələn hadisələri diqqətə çatdırmaqdır. Bu həm də Azərbaycanın hərb tarixinin təbliğ olunması deməkdir. Bir sözlə, tariximizdir. Elə hesab edirəm ki, əsər yaxşı səhnələşdirilib və insanların bu mövzuya olan marağı məni çox sevindirdi”.

Tamaşanın qurluşçu rejissoru Kərim Həsənli kollektivin fəaliyyətindən tam razı qaldığını, həmçinin qəhrəman ailəni uzun illərdir tanıdığı üçün obrazları tam uyğun işlədiyini bildirib. Ailə üzvü, Qarabağ müharibəsi veteranı Fərman Hüseynov isə yaradıcı heyyətə, o cümlədən tədbirin təşkilinə dəstək olan hər kəsə ailə adından öz təşəkkürünü bildirib.

Qeyd edək ki, “Şuşadan gələn səs” tamaşasının quruluşçu rəssamı Müşfiq Qarayev, musiqi tərtibatçısı Azər Şükürov, rejissor assistenti Ceyhun Yusifovdur. Rollarda Nuranə Əliyeva, Elmir Hümbətov, Fərhad Fərhadzadə, Camal Zamanov, Ülviyyə Qasımova, Sadiq Bağırov, Rəmzi Gülməmmədov, İxtiyar Məmmədov və Hakim Cəfərli iştirak ediblər.

Əlavə olaraq onu da xatırladırıq ki, tamaşa 15 may tarixində Bakı şəhərində də nümayiş olunacaq.

Elgün Gəncimsoy

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda